"Mançester Yunayted"in sabiq hücumçusu Ueyn Runi "Mançester Siti"yə qarşı mümkün sanksiyalar fonunda əlavə mükafat almaq istəmədiyini bildirib.

Offsideplus.az xəbər verir ki, Premyer Liqa "Mançester Siti"ni maliyyə qaydalarını pozmaqda təqsirli bilib. 2023-cü ilin fevralında liqa klubu 2009-2018-ci illər arasında 115 müxtəlif qayda pozuntusunda ittiham edib. Sonradan bu rəqəmin 130 olduğu bildirilib.

Runi deyib: "Rionun əlavə Premyer Liqa medalı almaq istədiyini eşitdim. Açığı, mənə əlavə medal almaq narahatlıq verərdi. Düşünmürəm ki, biz buna layiq idik. Həmin mövsümdə kifayət qədər yaxşı çıxış etmədik və çempionluğu qazana bilmədik. Son turlara 6-7 xal fərqlə öndə idik, amma üstünlüyü əldən verdik. Son günlər baş verənləri izlədim, insanları dinlədim və "Mançester Siti"nin oyunçularının yerində özümü təsəvvür etdim. Onlar meydanda əllərindən gələni etdilər və özlərini çempion hesab edirlər. Əgər oyunçular rəhbərliyin nə etdiyini bilmirdisə, bu mənim başıma gəlsəydi, tamamilə məyus olardım. Onların mükafatlardan məhrum edilə biləcəyi ehtimalı var, amma mən medal almaq istəməzdim, çünki həmin il komandamız buna layiq deyildi və birinci yeri tutmamışdıq. Komanda yoldaşlarımın "medal istəyirəm" dediyini görəndə, artıq sahib olduğum beş medalla kifayətlənirəm. Başqasını istəmirəm. Sahiblərin etdiklərinə görə onları mükafatlardan məhrum etmək lazımdırmı? Bəlkə də, amma mənim üçün bu medalı qəbul etmək narahatlıq doğurardı".