Almaniya milli komandasının baş məşqçisi Yürgen Klopp yenidən özünü çox yaxşı hiss etdiyini bildirərək diqqət çəkən bəyanatlarla çıxış edib.
Offsideplus.az xəbər verir ki, almaınyalı çalışdırıcı gələcək planları və "Liverpul" azarkeşlərinə olan münasibəti barədə danışarkən iddialı ifadələr işlədib:
"Peşmanam? İki il əvvəl dünyanın ən yaxşı işini buraxdım, çünki artıq tükənmişdim. İndi isə yenidən özümü çox yaxşı hiss edirəm. Əgər insanlar 90 dəqiqədə möcüzə gözləyirlərsə, gözləməyə davam etsinlər. Əvvəl pis görünəcəyik, sonra gözəlləşəcəyik. Hər gözəl hekayə belə başlayır. "Liverpul" azarkeşlərinə nə deyərdim? Onlara heç getmədiyimi söyləyin. Sadece formamın rəngini dəyişdim. Qəlbim eyni, ehtirasım eyni, səs-küyümüz eyni. İndi baxaq görək bu ölkə o küyü bizimlə birlikdə yenidən çıxara biləcəkmi?".


