Türkiyə futbolunda böyük həbs dalğası baş qaldırıb.

Offsideplus.az xəbər verir ki, mobbinq və rəsmi sənədlərin saxtalaşdırılması iddiaları üzrə aparılan təhqiqat çərçivəsində Mərkəzi Hakim Komitəsinin (MHK) sədri Ferhat Gündoğdu da daxil olmaqla 7 şübhəli saxlanılıb.

Əməliyyat hüquq-mühafizə orqanları tərəfindən ölkənin 4 vilayətində eyni vaxtda həyata keçirilib.

İstintaq tədbirləri çərçivəsində saxlanılan şəxslər barəsində araşdırmalar davam etdirilir.