Fransa milli komandasının baş məşqçisi Zinəddin Zidan Maykl Olisenin nümayiş etdirdiyi oyundan məmnunluğunu dile gətirib.
Offsideplus.az xəbər verir ki, o, futbolçusu haqqında tərif dolu sözlər söyləyib:
"Maykl Olise xalis bir istedaddır. Mən onun kimi oyunçuları sevirəm. Meydanda olanda izləyənlərə zövq vermək istəyir. Futbolu tam mənası ilə hiss edir. Onunla birgə çalışmaqdan və bu şəkildə oynadığını izləməkdən çox şadam".
Qeyd edək ki, dünən Millətlər Liqası oyununda Fransa Belçikanı 1:0 hesabı ilə məğlub edib. Qələbə qolunu 88-ci dəqiqədə Maykl Olise vurub.


