İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Millətlər Liqasında oyunların sıx qrafikindən narazılığını bildirib.

Offsideplus.az xəbər verir ki, İspaniya sentyabrın 26-da səfərdə İngiltərəni 3:2 hesabı ilə məğlub edib. Bu gün evdə Xorvatiya ilə qarşılaşacaq, oktyabrın 3-də Çexiya ilə, oktyabrın 6-da isə səfərdə yenidən Xorvatiya ilə oynayacaq.

"Hər kəs razılaşar ki, 10 gün ərzində bu səviyyədə 4 oyun keçirmək böyük yükdür. Erik Qarsiyanın nümunəsində göstərdik ki, oyunçuların sağlamlığı bizim üçün prioritetdir. Onun sakit şəkildə bərpa olunmasına üstünlük verdik, tələsmədik və əlavə gərginlik yaratmadıq.

Heyəti tamamilə dəyişmək fikrimiz yoxdur, çünki əsas heyətin uyğunluğunu qorumaq vacibdir. Amma komandaya əlavə enerji və təravət gətirə biləcək oyunçular həmişə var. İstərdim ki, istirahət üçün əlavə 2 günümüz olsun", – deyə de la Fuente bildirib.

Qeyd edək ki, "Barselona"nın müdafiəçisi Erik Qarsiya İngiltərə ilə oyundan əvvəl isinmə zamanı narahatlıq hiss etdiyi üçün start heyətindən çıxarılıb. Onun əvəzinə "Atletiko"dan Mark Pubil meydana çıxıb. Daha sonra Qarsiyanın əvəzinə milliyə "Atletiko"dan Roben Le Norman dəvət olunub.