Baş məşqçi Maykl Kerrik Premyer Liqada "Mançester Yunayted"lə "Fulhem" arasında keçirilən və 1:1 hesabı ilə başa çatan oyundan sonra fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Kerrik komandasının qələbəyə layiq olduğunu bildirib: "Düşünürəm, oyunu qazanmaq üçün kifayət qədər yaxşı çıxış etdik. Avtoqol epizodunda bəxtimiz gətirmədi, amma ümumilikdə yaxşı oynadıq. Rəqibin qapıçısı əla qurtarışlar etdi, başqa bir gündə iki-üç qol vura bilərdik. Futbolçuların reaksiyasından razı qaldım, inamı qoruyub düzgün addımlar atdılar. Hesab edirəm, bir xal minimum nəticə idi. Ola bilsin, qol epizodundan əvvəl Mateus Kunyanın əleyhinə qayda pozuntusu var idi, bununla bağlı arqumentlər mövcuddur".