"Qolden Steyt Uorriors"un baş məşqçisi Stiv Kerr məşqçilər korpusuna yeni qoşulan Frank Vogelin rolundan danışıb.
Offsideplus.az xəbər verir ki, Kerr Vogelin müdafiə üzrə böyük təcrübəyə malik olduğunu vurğulayıb və bu istiqamətdə işi ona həvalə edəcəyini bildirib. "Frank əla məşqçidir. O, illərlə liqada baş məşqçi kimi çalışıb və müdafiə sistemlərini mükəmməl bilir. Onun komandamıza qoşulmasından çox məmnunam. Düşünürəm ki, o, bizim üçün vacib səs olacaq. Xüsusilə müdafiə sahəsində çox biliklidir və onun yanımda olması məni rahatladır. Müdafiə işini ona tapşıracağam", – deyə Kerr qeyd edib.


