"Barselona" klubu hücumçu Eli Junior Krupinin transferi üçün cəhdlərini davam etdirir.
Offsideplus.az "L’Equipe" nəşrinə istinadən xəbər verir ki, "Barselona" "Atletiko"dan Xulian Alvaresin transferində çətinliklərlə üzləşdiyi üçün ehtiyat plana keçib və "Bornmut"a Krupi üçün artıq iki təklif göndərib. Hər iki təklifin məbləği 100 milyon avrodan az olub və "Bornmut" tərəfindən rədd edilib.
Fransalı hücumçu özü də "Barselona"ya keçmək istədiyini klub rəhbərliyinə bildirib. Buna baxmayaraq, "Bornmut" təklifləri qəbul etmir.
Krupi ötən mövsüm Premyer Liqada 33 oyunda 13 qol vurub və bu göstərici ilə komandasının ən məhsuldar oyunçusu olub.


