"Qalatasaray" ötən axşam "Atletiko" ilə görüşdə 1 xal qazanaraq Çempionlar Liqasında növbəti mərhələyə yüksəlmək şansını çox yüksəldib.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" transferləri də sürətləndirib.

Onlar ilk olaraq "Napoli"dən Noa Lanq heyətinə cəlb edəcək. Niderlandlı futbolçu icarə əsasında heyətə cəlb olunacaq.

"Qalatasaray" yayda 30 milyon avro ödəyərək onu birdəfəlik transfer edə bilər.

Digər hədəf isə Rafael Onyedikadır. İstanbul təmsilçisi nigeriyalı yarımmüdafiəçi ilə şəxsi məsələlərdə razılığa gəlib.

Onun klubu "Brügge" isə ilk təklifi qəbul etməyib və məbləğin artırılmağını istəyir.

Tərəflər arasında danışıqlar davam edəcək.

"Qalatasaray" rəhbərliyi ən az 2, mümkün olsa 3-4 transfer etməyi düşünür.