Fransa 1-ci Liqasında qalib komanda yeni formatla müəyyənləşə bilər.

Offsideplus.az xəbər verir ki, Fransa Futbol Federasiyası liqanı ilk 4 yerdə başa vuran klublar arasından qalibi müəyyənləşdirəcək. 4 komanda arasında keçiriləcək oyunlardan qalib ayrılacaq kollektiv Fransa çempionu olacaq. Bu barədə "Lequipe" nəşri məlumat yayıb. 

Qeyd edək ki, cari mövsüm Luis Enrikenin baş məşqçisi olduğu PSJ Fransa 1-ci Liqasının qalibi olub.