Fransanın PSJ klubu tarixi rekorda imza atıb. 

Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi Avropanın Top-5 milli çempionatlarında səfər matçlarında ən uzun məğlubiyyətsiz seriya müəyyənləşdirib.

Belə ki, dünən "Nant"la 1:1 hesablı heç-heçəyə razılaşan komanda 39-cu dəfə səfərdə uduzmayıb. PSJ bu qarşılaşmalardan 30-da qalib gəlib, 9-da "sülh" bağlayıb.

İndiyədək bu göstəricidə ən uzun seriya "Milan"a məxsus idi. İtaliyalılar 1993-cü ildə 38 səfər oyununda məğlubiyyət acısı dadmamışdılar.

Qeyd edək ki, PSJ cari mövsüm Fransa çempionluğunu vaxtından qabaq təmin edib.