"Neftçi"nin 16 yaşadək futbolçulardan ibarət komandası Azərbaycan çempionatının 2024/2025 mövsümünün qalibi olub.
Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" bu gün keçirilən finalda "Qarabağ"ı üstələyiblər.
Oyunun əsas və əlavə vaxtı heç-heçə başa çatdığından qalib penaltilər seriasında müəyyənləşib.
"Zirə" isə "Sumqayıt"ı məğlub edərək bürünc medallara layiq görülüb.
AFFA U-16 Liqası
Final
"Neftçi" - "Qarabağ" 2:2 (penaltilər seriyası 4:2)
3-cü yer uğrunda oyun
"Sumqayıt" - "Zirə" 1:4 (əsas vaxt 1:1; əlavə vaxt 0:3)