Azərbaycan UEFA ölkə reytinqində irəliləyişə nail olub.
Offsideplus.az xəbər verir ki, “Qarabağ”ın 90+4-cü dəqiqədə vurduğu qol ölkə futbolu üçün həlledici əhəmiyyət daşıyıb.
Həmin nəticə sayəsində Azərbaycan Slovakiyanı geridə qoyaraq ölkə reytinqində üstünlük əldə edib. Bu oyunla “Qarabağ” Azərbaycanın aktivinə +0.500 reytinq xalı qazandırıb.
Hazırda Azərbaycan Top-25-lik uğrunda mübarizədə əlverişli mövqedədir. “Qarabağ”ın turnirdə ilk 24-lüyü təmin edəcəyi gözlənilir ki, bu da ölkə reytinqinə əlavə bonus xalların gəlməsi deməkdir.


