Azad agent olan Chris Paul sabiq klubuna qayıdıb.
Offsideplus.az xəbər verir ki, 40 yaşlı oyun qurucu Los Angeles Clippers ilə 1 illik müqavilə imzalayıb. O, köhnə-yeni komandasında 3.6 milyon dollar qazanacaq.
Bu barədə ESPN portalı məlumat yayıb.
C. Paul daha öncə 2011-17-ci illər arasında Los Angeles Clippers'də çıxış edib.
O, 2005-ci ildən bəri NBA-dədir.
Təcrübəli basketbolçu NBA tarixinin ən çox assist edən (12499) 2-ci oyunçusudur.



