3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Sumqayıt mərhələsinin iştirakçıları məlum olub.
Offsideplus.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, "gənclik şəhəri" dünyanın müxtəlif ölkələrindən olan komandaların çempionluq uğrunda mübarizəsinə səhnə olacaq.
Yarışda ümumilikdə 16 komanda iştirak edəcək. Onlardan 12-si milli komandadır: Azərbaycan, Çexiya, Polşa, Ukrayna, Slovakiya, Qazaxıstan, Madaqaskar, Çin, Benin, Fransa, Böyük Britaniya, Latviya.
Digər 4 kollektiv isə “Karolina”(Puerto Riko), “Pekin”(Çin), “Takasaki”(Yaponiya) və “CS Rapid”(Rumıniya) klublarıdır.
Sumqayıt mərhələsinin oyunları iyulun 26-27-də şəhər dənizkənarı bulvarında baş tutacaq.



