3 dəfə All-Star seçilən Bradley Beal komandasını dəyişib.

Offsideplus.az xəbər verir ki, Phoenix Suns'dan ayrılan təcrübəli basketbolçu Los Angeles Clippers'ə qoşulub. O, yeni komandası ilə 2 illik müqavilə imzalayıb. Amerikalı oyunçu bu müddətdə 11 milyon  dollar qazanacaq.

Bu barədə insayder Shams Charania məlumat yayıb.

Beal 2012-ci ildən NBA-də çıxış edir. LAC onun sayca 3-cü klubu olacaq. O, Phoenix Suns'a gələnə qədər 11 ilini Washington Wizards'da keçirib.