NBA pley-offs ikinci mərhələsində (1/4 final) bir oyun keçirilib.

Offsideplus.az xəbər verir ki. Denver Nuggets Oklahoma City Thunder üzərində qələbə qazanaraq ümumi seriyada hesabı bərabərləşdirib. 

Tərəflər arasında keçiriləcək sonuncu, 7-ci qarşılaşmada qalibin adına aydınlıq gələcək.

Xatırladaq ki, artıq Indiana Pacers və Minnesota Timberwolves pley-offs yarımfinalına (Konfrans finalına) yüksəliblər.

NBA pley-offs, ikinci mərhələ (1/4 final)

Denver Nuggets- Oklahoma City Thunder 119:107

seriyada hesab- 3:3

*ən tez 4 qələbə qazanan komanda növbəti mərhələyə yüksəlir