Bu gün NBA pley-off mərhələsinin ikinci raundu çərçivəsində keçirilən beşinci oyun başa çatıb.
Offsideplus.az xəbər verir ki, Boston Celtics doğma meydanda New York Knicks komandasını qəbul edib. Qarşılaşma ev sahiblərinin 127:102 (seriyada 2-3) hesablı qələbəsi ilə yekunlaşıb.
Birinci hissənin sonlarında New York Knicksin müdafiəçisi Coş Hart səbətə doğru irəliləyərkən Boston Celticsin mərkəz oyunçusu Luk Kornetin dirsəyi ilə üzünə zərbə alıb. Bu epizoddan dərhal sonra Hartın üzündə qanaxma başlayıb.
Qeyd edək ki, qalib komandada ən məhsuldar oyunçu Celticsin müdafiəçisi Derrik Vayt olub. Onun hesabında 34 xal, 3 ribaund və 2 məhsuldar ötürmə qeydə alınıb. Knicks komandasında isə məhz Coş Hart 24 xalla ön plana çıxıb.