Bu gün 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsi keçirilir.
Offsideplus.az xəbər verir ki, yarışda "Neftçi SOCAR" və Azərbaycan millisi iştirak edir.
Millimiz seçmə mərhələ üzrə A qrupunda ilk oyunda Tailanda 21:6, Litvaya isə 21:4 hesabı ilə uduzub.
Əsas mərhələdən mübarizəyə başlayan "Neftçi SOCAR" isə A qrupunda "Yanjing" (Çin) klubu ilə qarşılaşıb və 21:18 hesablı qələbəyə sevinib. Çin millisi ilə digər qrup oyununda isə qızlar 15:13 hesablı qələbə qazanıb.


