"Növbəti mərhələyə keçməsək də, klub olaraq göstərdiyimiz performansla fəxr edə bilərik". 

Offsideplus.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Çelye"yə qarşı cavab oyunundan sonra söyləyib. O, 3:3 hesabı ilə yekunlaşan matçı belə şərh edib:

"Amma eyni zamanda bu matçlardan öyrənməliyik və gələcəkdə bundan faydalanmalıyıq. Düşünürəm ki, bu iki oyun gələcəyimiz üçün çox faydalı olacaq. 

Xatırladaq ki, cavab oyununda rəqib qapısından 3 top keçirən "Sabah" dəfələrlə geridönüşə yaxın olsa da, rəqiblə bacarmayıb və ümumi 5:6 hesabla məğlub olaraq (İlk oyun - 2:3, cavab oyunu - 3:3) AL-də mübarizəni dayandırıb.