2025-26 mövsümü üzrə UEFA reytinqində Azərbaycan ilk xalını qazanıb.
Offsideplus.az xəbər verir ki, "Sabah" klubunun UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Çelye"yə qarşı cavab oyunundan sonra ölkəmizin aktivinə 0.125 xal əlavə olunub. UEFA reytinqində 29-cu yerdə qərarlaşan Azərbaycanın ümumi xal sayı 17 375-ə çatıb. 28-ci pillədə 17 975 əmsalla Ukrayna yer tutub. Azərbaycandan bir pillə aşağıda isə Bolqarıstan qərarlaşıb (16 375 xal).
Qeyd edək ki, cari mövsüm ölkəmizi Çempionlar Liqasının II təsnifat mərhləsində "Qarabağ", Konfrans Liqasının II təsnifat mərhlələrində isə "Sabah", "Zirə" və "Araz-Naxçıvan" təmsil edir.



