"Udineze"nin futbolçusu Cerard Deulofeu karyerasını "Napoli"də davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şkira məlumat yayıb. Mənbəyə görə, Neapol təmsilçisi 28 yaşlı hücumçuya 2026-cı ilədək sözləşmə təklif edib. Tərəflər arasında danışıqlar davam edir.
İspaniyalı oyunçunun Udine klubuyla müqaviləsi 2024-də başa çatır
Qeyd edək ki,Deulofeu bu sezon A Seriyasında 34 matçda 13 qol və 5 məhsuldar ötürmə edib.



