Türkiyə nəhəngi "Qalatasaray" heyətinə dünya səviyyəli bir ulduz qatmaq üçün hərəkətə keçib.

Offsideplus.az xəbər verir ki, idman jurnalisti Burhan Can Terzinin verdiyi məlumata görə, sarı-qırmızılılar İspaniyanın "Real Madrid" klubunda çıxış edən Mərakeş millisinin üzvü Brahim Diasın transferi üçün ciddi şəkildə təmaslara başlayıb.

​İstanbul təmsilçisinin bu iddialı transfer cəhdi ilə bağlı mətbuata sızan əsas detallar belədir:

  • ​İlk təmas qurulub: "Qalatasaray" rəhbərliyi 26 yaşlı hücumameylli yarımmüdafiəçinin transfer şərtlərini öyrənmək üçün həm klub, həm də oyunçu tərəfi ilə ilk rəsmi danışıqları reallaşdırıb.
  • ​Rəqiblər güclüdür: Bazar dəyəri 35 milyon avro olan Diasla İtaliyanın "Roma", "Milan" və İngiltərənin "Aston Villa" klubları da yaxından maraqlanır.
  • ​Futbolçunun qərarı və Joze Mourinyo faktoru: İddialara görə, ulduz futbolçu karyerasını "Real Madrid"də davam etdirmək niyyətindədir. Digər tərəfdən, "kral klubu"nun baş məşqçisi Joze Mourinyonun Diası mövsümöncesi hazırlıq düşərgəsində sınaqdan keçirdikdən sonra onun gələcəyi ilə bağlı yekun qərarını verəcəyi bildirilir.

​"Qalatasaray" rəhbərliyi bütün çətinliklərə baxmayaraq, bu keçidi reallaşdırmaq üçün bütün imkanlarını səfərbər edib.