İngiltərə klubları dərin böhranla qarşı-qarşıyadır.

Offsideplus.az xəbər verir ki, Müstəqil Futbol Tənzimləyicisinin təqdim etdiyi və “L’Équipe” nəşrinin paylaşdığı həyəcanlı hesabat ölkənin ilk beş divizyonunda fəaliyyət göstərən klubların ciddi maliyyə böhranı ilə üz-üzə qaldığını göstərir.

Hesabatda yer alan rəqəmlər İngiltərə futbolunun dayanıqlılığı ilə bağlı böyük suallar doğurur.

  • Klubların %94-ü zərərlə çalışır: Qiymətləndirilən 116 klubdan təxminən 109-u mənfi büdcə kəsiri ilə fəaliyyət göstərir.

  • 6 Milyard avroluq rekord borc: Növbəti mövsümdə ilk 5 divizion klublarının ümumi borcunun 6 milyard avroya yüksələcəyi təxmin edilir.

  • 90 günlük yaşam həddi: 73 klub öz sahiblərinin birbaşa maliyyə dəstəyi olmadan 90 gündən artıq fəaliyyətini sürdürə bilməz.

  • Texniki müflisləşmə: Aşağı divizion klublarının təxminən üçdə ikisi, İngiltərə Premyer Liqası klublarının isə 20%-ə yaxını texniki olaraq müflis (in solvent) vəziyyətindədir.