"Zirə" Misli Premyer Liqasının XIV turunda lider "Qarabağ"ı qəbul edib.
Offsideplus.az xəbər verir ki, görüş 1:1 hesabı ilə başa çatıb.
Oyundan sonra "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov matçı dəyərləndirib:
"Olduqca ağır oyun keçdi. Hesabı açandan sonra “Qarabağ” təzyiqi artırdı. İlk hissənin sonlarında müdafiədən topla çıxarkən səhvə yola verdik və "Qarabağ" bundan istifadə etdi. Epizodlara baxsaq, heç-heçə ədalətlidir. "Qarabağ" qarşı qazanılan hər xal dəyərlidir. Futbolçularım 120 dəqiqəlik mübarizədən sonra bu gün əzmkarlıq göstərdilər".
O, hücumdakı problemlərə də toxunub:
"Papunaşvili və Mikels yorğun idi. Hücumda itkilərimiz var idi. Brahim Konate də bu gün yox idi. Davit Volkov bir müddətdir yoxdur. İtkilərə baxmayaraq, futbolçular əzmkar idilər, iradə göstərdilər".



