Misli Premyer Liqasında yeni mövsümə dünən start verilib.
Offsideplus.az xəbər verir ki, ötən gün keçirilən "Karvan-Yevlax" - "Qəbələ" matçında 1:1 hesablı qələbə qeydə alınıb.
"Neftçi" isə bu gün "Şamaxı"nı qəbul edib və görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.
"Ağ-qaralar" ötən mövsümkü uğursuzluğu unutdurmaq üçün bu yay 12 oyunçu ilə heyətini gücləndirib. Eyni zamanda 13 futbolçu da komandadan ayrılıb.
"Şamaxı" isə baş məşqçisi Ayxan Abbasovla yola davam edib. Onlar da bir çoxu gənc futbolçu olmaqla 13 transferlə yeni mövsümə başlayıb.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Misli Premyer Liqası, I tur
16 avqust
20:00. “Neftçi” - “Şamaxı” 1:1
Qol: Emin Mahmudov, 45+2. - Karim Rossi, 23.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: İnqilab Məmmədov
AVAR: Şirmamed Mamedov
“Neftçi Arena”



