Misli Premyer Liqasında 2024/25 mövsümünə yekun vurulub. 

Offsideplus.az xəbər verir ki, günün və mövsümün son matçı Mərdəkanda baş tutub. "Araz-Naxçıvan" "Zirə"ni qəbul edib.

Görüş Rəşad Sadıqovun yetirmələrinin minimal hesablı üstünlüyü ilə başa çatıb.

Beləliklə, "Zirə" mövsümü 74 xalla 2-ci, "Araz-Naxçıvan" 58 xalla 3-cü yerdə bitirib.

MPL, XXXVI tur

25 may (bazar)

19:30. “Araz-Naxçıvan” – “Zirə” 0:1

Qol: Junior Martins, 54

Hakimlər: Cavid Cəlilov, Elşad Abdullayev, Eyyub İbrahimov, Əli Əliyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Zeynal Zeynalov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

“Liv Bona Dea Arena”.