"Beşiktaş" klubu "Lester"in futbolçusu Vilfrid Ndidi üçün 9.5 milyon avro təklif edib.
Offsideplus.az xəbər verir ki, "tülkülər" bunu qəbul edib. İndi oyunçunun yekun qərarı gözlənilir.
Bu barədə xarici mətbuat məlumat yayıb.
Ndidiyə Bundesliqadan da təklif var.
O, 2016-cı ildən "Lester"də çıxış edir. 28 yaşlı yarımmüdafiəçi burada 303 oyuna çıxıb və 18 qol vurub.



