"Rəqibi avrokuboklara vəsiqə qazandıqları üçün təbrik edirəm. Elmar Baxşıyev "Araz-Naxçıvan"da gözəl işlər gördü".
Offsideplus.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının XXXV turunda "Araz-Naxçıvan"a qarşı oyundan sonra (0:1) "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov söyləyib. O, mövsümün "Şamaxı" üçün uğurlu keçdiyini açıqlayıb:
"Artıq çempionat bitir. Son iki oyun bizim üçün də çətin keçir, heyət baxımından çox əziyyət çəkirik. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Bu oyundan yox, ildən danışsaq, bizim üçün uğurlu oldu. Əsas budur ki, Premyer Liqada qalmaq istəyirdik. 35 tur ərzində komanda heç vaxt aşağı pillədə olmadı, təzyiq yaranmadı. Rəqiblərlə xal fərqi azalsa da, başa-baş mübarizə apardıq. Biz də gələcəyə baxmağa çalışacağıq".