Bu gün Misli Premyer Liqasında XXXII tura yekun vurulub.
Offsideplus.az xəbər verir ki, "Sabah" Masazırda "Neftçi"ni qəbul edib.
Görüşün "bayquşlar" üçün əhəmiyyəti olmasa da, "Neftçi" 4-cü yer uğrunda mübarizə aparırdı.
MPL, XXXII tur
17 may (bazar)
18:00. “Sabah” 1:2 “Neftçi”
Qol: Aleksey İsayev (3'), Andrey Ştoqrin (9'), İfeanyi Metyu (70')
Hakim: Kamal Umudlu,
“Bank Respublika Arena”


