Sabah Latviya ilə beynəlxalq yoldaşlıq görüşündə qüvvəsini sınayacaq Azərbaycan milli komandasında itki var.

Offsideplus.az xəbər verir ki, Toral Bayramov yığmanın oyunöncəsi son məşqini buraxıb. 

Buna futbolçunun səhhətində yaranan problem səbəb olub.

Onun hərarəti yüksək olduğundan məşqə çıxması müşkülə çevrilib.

Toralın sabah heyətdə yer alıb-almayacağı barədə son qərarı məşqçilər korpusu verəcək.

Qeyd edək ki, Latviya - Azərbaycan matçı sabah saat 17:00-da Riqada yerləşən "Skonto" stadionunda keçiriləcək.