Offsideplus.az "Misli" ilə əməkdaşlığı çərçivəsində rubrika keçirir.
"Ekspert rəyi" adlanan layihədə günün oyunu olan "Real Madrid" - "Barselona" matçına "Misli" ilə əməkdaşlıq edən mütəxəssislərin təxminlərini təqdim edirik:
1. Ekspert - Nurlan Valehoğlu
Oyun: "Real Madrid" - "Barselona"
Təxmin - Oyun nəticəsi 1x2 - Barselona - Əmsal, 3,03
La Liqada 10-cu tur “el-klassiko”ya səhnə olacaq. Turnir cədvəlində ilk 2 pillədə qərarlaşan “Real Madrid” və “Barselona” futbolçuları Bernabeu stadionunda liderin kimliyini müəyyənləşdirəcəklər. Hazırda rəqibindən 2 xal öndə olan “kral klubu”na bərabərlik də sərf edəcək nəticədir. Amma katalunlar üçün qələbə qazanmaq ilk hədəfdir. Hər iki komanda son Çempionlar Liqası oyununda ev qələbəsinə sevinib. Komandalar arasında son 4 matçda qalib gələn “Barsa”nın bu dəfə də qol vuracağını düşünürəm. “Real Madrid”in müdafiə xətti dinamik rəqiblərə qarşı çətinlik yaşayır. Amma hücumdakı keyfiyyətli ayaqlar həlledici ola bilər. Proqnozum, qonaqların qələbəsidir.
2. Eskpert - Fərid Ramazanov
Oyun: "Real Madrid" - "Barselona"
Təxmin - İlk qolu vuracaq - Real Madrid - Əmsal 1,58
İspaniya La Liqasında 10-cu turda dünyanın ən böyük maraqla gözlədiyi növbəti "El Klasiko", "Real Madrid" - "Barselona" qarşılaşması "Santiago Bernabeu" stadionunda keçiriləcək. "Real Madrid" La Liqada keçirdiyi 9 oyunda 8 qələbə qazanıb, 1 dəfə məğlub olub və 24 xalla çempionata başçılıq edir. "Barselona" isə 9 oyunda 7 qələbə qazanıb, 1 heç-heçə edib, 1 dəfə də məğlub olub və 22 xalla turnir cədvəlində 2-cidir. Ötən mövsümdə bütün Klasikolarda "Barselona" əzəli rəqibini məğlub etsə də, bu dəfə "Barselona"nın heyətində olan itkiləri nəzərə alaraq "Real Madrid"i daha avantajlı sayıram və ilk qolu məhz "Real Madrid"dən gözləyirəm.
Daha çox oyun haqda məlumat əldə etmək üçün bura daxil ola bilərsiniz.



