Xabi Alonso "Real Madrid"in gənc futbolçularının komandadakı gələcəyi barədə danışıb. 

Offsideplus.az xəbər verir ki, 18 iyun Bakı vaxtı ilə saat 23:00-da "Real Madrid" - "Əl Hilal" matçı keçiriləcək. Bu, ispan mütəxəssisin "Kral klubu"nda ilk sınağı olacaq. X.Alonso oyundan əvvəl mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb, bir çox məsələlərə toxunub. O, Arda Güler və Endrik haqda bu fikirləri səsləndirib:

"Arda və Endrik? "Real"a uyğunlaşmaq təbii prosesdir. İkinci illərində onlar daha çox oyun şansı qazanacaqlar. Bu yoldan keçən digər futbolçular da yardım göstərəcəklər. Kastilya futbolçuları da fərqlənirlər".