"Benfika" klubunun prezidenti Ruy Koşta həbs edilə bilər.

Offsideplus.az xəbər verir ki, o, pul mənimsəmədə ittiham olunur.

Buna səbəb Herman Kontinin 2023-cü ildə "Lokomotiv"ə (Moskva) transferi zamanı ödənilən 76 min avronun birbaşa klubun hesabına ödənilməsidir.

O, Birləşmiş Millətlər Təşkilatı (BMT) və (və ya) Avropa İttifaqı (Aİ) tərəfindən təsdiq edilmiş məhdudlaşdırıcı tədbirləri pozmaqda şübhəli bilinir.

Bu barədə "CNN Portugal" məlumat yayıb.

Onun dinlənməsi bu yaxınlarda baş tutacaq və cəzası ondan sonra bilinəcək.