Hazırda icarə əsasında "Barselona"da çıxış edən Markus Reşfordu transfer etmək istəyən komandalar çoxalıb.

Offsideplus.az xəbər verir ki, katalon klubu onu birdəfəlik heyətinə cəlb etməsə, "Tottenhem" onunla yaxından maraqlanır.

"Çelsi" və "Arsenal" da 28 yaşlı hücumçunun durumunu yaxından izləyir.

Bu barədə "CaughtOffside" portalı məlumat yayıb.

Qeyd edək ki, Reşford müqavilə ilə "Mançester Yunayted"ə məxsusdur.

O, cari mövsüm "Barselona"nın heyətində 19 oyuna çıxıb, 6 qol vurub və 9 məhsuldar ötürmə verib.