Londonun "Çelsi" klubu İtaliya millisinin 18 yaşlı müdafiəçisi Onest Ahanorun transferi üçün danışıqlar aparır.
Offsideplus.az xəbər verir ki, məşhur insayder Fabrizio Romano bildirib ki, "Çelsi" artıq Ahanorla şəxsi müqavilənin şərtlərini razılaşdırıb və hazırda "Atalanta" ilə transferin detalları müzakirə olunur. Gənc futbolçu ötən yay "Atalanta"ya 15+5 milyon avroya keçib və A Seriyada 22 oyunda meydana çıxıb. Ahanor iyun ayında İtaliya millisində bir qarşılaşmada iştirak edib.


