İranın Behşehr şəhərində sərbəst güləş üzrə “Necad Haşimi kuboku” turnirinə start verilib.
Offsideplus.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk yarış günündə 57, 65, 74, 86 və 97 kq-da qaliblər müəyyənləşib.
7 ölkənin idmançılarının mübarizə apardığı ənənəvi turnirin ilk günündə Azərbaycanın U20 milli komandasının 2 üzvü fəxri kürsüyə qalxıb.
Belə ki, Omar Gülməmmədov (74 kq) gümüş, Sədrəddin Həsənov (57 kq) isə bürünc medal qazanıb.
Vasif Bağırov, Hüseyn Hüseynov (hər ikisi 57 kq) və Məhəmməd Abbaszadə (86 kq) beşinci yerlə kifayətlənib.
Bu gün 61, 70, 79, 92 və 125 kq-da medalçılar məlum olacaq.