Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyada təşkil olunan Avropa çempionatında bu gün tarixi oyunlarından birinə çıxıb.

Offsideplus.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu yığmamız turnirin yarımfinal mərhələsində Serbiya seçməsi ilə üz-üzə gəlib. "Tipos Arena"da keçirilən bu gərgin qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında üstün olan millimiz adınla finala yazdırıb. 

Final matçı mayın 4-ü Ukrayna yığmasına qarşı olacaq.

Qeyd edək ki, turnirdə inamlı təsir bağışlayan millimiz F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edərək pley-offa yüksəlib. Komandamız 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda isə minifutbolun iddialı ölkələrindən olan Çexiyanı (5:2) turnirdən kənarlaşdırmağı bacarıb.