Avropa Liqasının final oyunu başa çatıb.

Offsideplus.az xəbğr verir ki, Yeganə qolla müəyyənləşən qarşılaşmada "Tottenhem" "Mançester Yunayted"i 1:0 hesabı ilə məğlub edərək yalnız kuboku deyil, həm də Çempionlar Liqasına vəsiqəni təmin etdi. Bununla da növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək artıq 24 komandanın adı məlum oldu. Siyahını təqdim edirik:

İngiltərə: "Tottenhem", "Liverpul", "Arsenal"
İtaliya: "Napoli", "İnter", "Atalanta"
İspaniya: "Barselona", "Real", "Atletiko", "Atletik", "Vilyarreal"
Almaniya: "Bavariya", "Bayer", "Ayntraxt", "Borussiya" Dortmund
Fransa: "PSJ", "Marsel", "Monako"
Niderland: PSV, "Ayaks"
Portuqaliya: "Sportinq" (Lissabon)
Türkiyə: "Qalatasaray"
Çexiya: "Slaviya"