UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Sabah” - TNS (Uels) matçı başa çatdı.
Offsideplus.az xəbər verir ki, təmsilçimiz 2 cavabsız qolla qalib gəlib.
Cavab oyunu bir həftə sonra baş tutacaq.
20:00 / "Sabah" 2:0 TNS
Qollar: Velyko Simiç (66'), Kahem Parris (84')
Komandalar saat 20:00-da başlayan görüşə aşağıdakı tərkibdə çıxıblar:
“Sabah”: Pokatilov (k), Solve, Daşdəmirov, Zedadka, Puhaç, Rəhmonəliyev, Lepinitsa, İsayev, V. Simiç, Mikels, Maluda
- Ehtiyat oyunçular: Ramazanov, Mirzəmmədov, McCarthy, Xaybulayev, Perris, Rüstəmli, Mutəllimov, Laşaab, Almeida Santos Junior, Severina, Rodriqu Fernandes, Mbina.
TNS: Şepperd, Redmond (k), Bodenem, Simeu, D. Uilyams, Farrell, Korness, Smit, Klark, C. Uilyams, Hyuz.
- Ehtiyat oyunçular: Edvards, Godwin, Brobbel, Qodsmark-Ford, D. Devis, Nolan, Nədin, Fillips, Kənavan, Vullem, Lok.


