Almaniyanın "Bayer" klubu yeni baş məşqçisini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Leverkuzen təmsilçini Erik ten Haq çalışdıracaq. O, bu postda Xabi Alonsonu əvəzləyib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Niderlandlı mütəxəssislə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb.
Ten Haq son olaraq "Mançester Yunayted"i çalışdırıb. O, ötən ilin oktyabrından bəri işsiz idi.