Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində ilk oyununa bu gün çıxıb.
Offsideplus.az xəbər verir ki, milli komanda A qrupunda Şimali Makedoniya ilə üz-üzə gəlib. Oyun Skopyedə, Bakı vaxtı ilə saat 22:00-da start götürüb. Komandamız bu qarşılaşmadan 87:49 hesablı məğlubiyyətlə ayrılıb.
Qeyd edək ki, yığmamız növbəti oyununu noyabrın 30-da Lüksemburqa qarşı keçirəcək.



