Azərbaycan basketbolu tarixində ilk dəfə ölkəmizi FIBA Çempionlar Liqasında təmsil edəcək “Sabah”ın ev oyunlarını keçirəcəyi arena bəlli olub.
Offsideplus.az xəbər verir ki, "bayquşlar"ın ev oyunları Milli Gimnastika Arenasında baş tutacaq.
Qeyd edək ki, "Sabah" bu turnirdə B qrupunda çıxış edəcək. Onlar bu qrupda "Alba Berlin" və "Nimburk" komandaları ilə üz-üzə gələcək.
Azərbaycan klubunun 3-cü rəqibi təsnifat mərhələsindən sonra bəlli olacaq.


