Washington Wizards'dan ayrılan Marcus Smart'ın yeni klubu məlum olub.

Offsideplus.az xəbər verir ki, təcrübəli basketbolçu Los Angeles Lakers ilə razılığa gəlib. O, 2 illik müqaviləyə imza atacaq və bu müddətdə ümumilikdə 11 milyon dollar qazanacaq.

Bu barədə insayder Shams Charania məlumat yayıb.

M. Smart 2014-cü ildə Boston Celtics tərəfindən draft edilib. O, 9 il "yoncalar"da çıxış etdikdən sonra Memphis Grizzlies'a keçib.

31 yaşlı basketbolçu NBA karyerası boyunca 10.6 xal və 4.6 assist ortalaması ilə oynayıb.