Damian Lillard 2 illik Milawkuee Bucks macərasından sonra yenidən Portland Trailblazers'a qayıdıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli oyun qurucu sabiq komandası ilə 3 illik müqavilə imzalayıb. O, bu müddətdə 42 milyon dollar qazanacaq.

Bu barədə insayder Shams Charania məlumat yayıb.

2012-ci ildə Portland Trailblazers tərəfindən draft olan Lillard 11 il burada çıxış edib. O, klub tarixinin ən çox xal atan oyunçusudur.