3x3 basketbol üzrə qadın yığmamızın Avropa Kubokundakı rəqibləri müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, milli komandamız B qrupunda Fransa və Ukrayna yığmaları ilə qarşılaşacaq.
Qeyd edək ki, 3x3 basketbol üzrə Avropa Kuboku 5–7 sentyabr Danimarkanın Kopenhagen şəhərində keçiriləcək. Qızlarımızın qrupda ilk oyunu 5 sentyabr Bakı vaxtı ilə saat 13:55-də Fransa seçməsinə, ikinci oyunu isə 20:25-də Ukrayna yığmasına qarşı baş tutacaq.



