Azərbaycan Basketbol Liqasının final seriyasında "Neftçi" "Sabah"a uduzaraq gümüş medala sahib çıxıb.
Offsideplus.az xəbər verir ki, "ağ-qaralar"ın məşqçisi Daviti Çivçivadze mövsümü və final seriyasını şərh edib:
"Mövsüm barədə onu deyə bilərəm ki, mən gələndə komandamız aşağı pillədə idi. Heç kim inanmırdı ki, biz pley-off mərhələsində və finalda iştirak edə bilərik. Ancaq gərgin əməyimiz sayəsində və komandamızın dəstəyi ilə biz buna nail olduq. Onu da deyim ki, finalda ölkənin ən güclü komandası ilə oynadıq. Böyük əzmlə mübarizə apardıq və güclü rəqibimizə məğlub olduq. Ancaq buna baxmayaraq, oyunçularımla fəxr edirəm. Mən öz oyunçularımı döyüşçü adlandırırardım. Onlar xarakter göstərdilər, ancaq idmanda şans da vacibdir, hansı ki, biz tərəfdə olmadı. Bu oyundu, qalib olduğu kimi, məğlub tərəf də olmalıdır. Ancaq mən özümüzü məğlub adlandırmıram, çünki biz ən aşağı pillədən başladıq və çempionatı ikinci pillədə bitirdik.
Hər şey üçün klubuma minnətdarlığımı bildirir və "Sabah" komandasını təbrik edirəm!"