Basketbol üzrə U-20 Avropa çempionatına bu gün yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, B divizionunda mübarizə aparan Azərbaycan 11-12-ci yerlər uğrunda görüşdə Niderlandla qarşılaşıb.

Yığmamız oyunda 66:60 hesablı qələbə ilə ayrılıb.

Görüşün ən məhsuldar oyunçusu 19 xal, 10 ribaundla oynayan Emmanuel Aqbason olub.

Bu nəticə ilə Anar Sarıyevin rəhbərlik etdiyi komandamız turniri 11-ci yerdə başa vurub.

U-20 Avropa çempionatı, B divizionu

11-12-ci yerlər uğrunda görüş

22:00 Azərbaycan - Niderland 66:60 (17:14, 22:12, 19:17, 8:17)