Azərbaycanın U-20 milli komandası Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının B divizionunda bu gün növbəti oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, yığmamız qrup mərhələsində son oyununu keçirib.
Millimiz Şimali Makedoniyaya məğlub olub - 57:67.
U-20 qrup mərhələsini 1 qələbə, 3 məğlubiyyətlə başa vurub və 5 komanda arasında 4-cü olub.
Yığmamız 9-16-cu yerlər uğrunda matçlara çıxacaq.
EuroBasket, B divizionu, qrup mərhələsi 5-ci tur
23:00 Azərbaycan U-20 - Şimali Makedoniya U-20 57:67 (25:16, 7:9, 17:27, 8:15)
A qrupunda yekun vəziyyət:
1. İsveç - 8 xal,
2. İrlandiya - 7 xal,
3. Şimali Makedoniya,
4. Azərbaycan - 4 xal,
5. Slovakiya - 3 xal.


