Azərbaycanın U-20 milli komandası Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının B divizionunda üçüncü oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, A qrupunda mübarizə aparan yığmamız İrlandiya ilə qarşılaşıb. 

Görüş rəqibin üstünlüyü ilə başa çatıb - 54:47

Qeyd edəki ki, seçməmiz daha əvvəl İsveçə məğlub olub (58:85), Slovakiyaya isə qalib gəlib (72:66). Basketbolçularımızı sabah Şimali Makedoniya ilə oyun gözləyir.

22:30 İrlandiya U-20 – Azərbaycan U-20 54:47 (15:5, 18:12, 14:14, 7:16).

Turnir cədvəlindəki vəziyyət:

1. İsveç - 8 xal,

2. İrlandiya - 5 xal,

3-4. Şimali Makedoniya, Azərbaycan - 4 xal,

5. Slovakiya - 3 xal.